Modern.az

ABŞ neft hasilatında liderliyini qoruyur

ABŞ neft hasilatında liderliyini qoruyur

Aktual

18 May 2020, 21:02

Cari ilin mart ayında neft hasilatının həcminə görə ABŞ 12,93 milyon barellə dünya liderliyini qoruyub.

Modern.az  JODİ (Birgə Neft Məlumatları Təşəbbüsü) təşkilatına istinadən xəbər verir ki, əvvəlki aya nisbətən hasilatı 0,7 faiz artıran lider ölkədən sonra 0,3 faiz geriləsə də, 10,58 milyon barellə ikinci yerdə Rusiya, üçüncü yerdə isə hasilatı 0,5 faiz azaldaraq 9,73 milyon barelədək geriləyən Səudiyyə Ərəbistanı gəlir.

Həmçinin, ABŞ neft ixracatını 3,5 faiz azaldaraq 3,58 milyon barel, Səudiyyə Ərəbistanı 1,6 faiz artıraraq 7,39 milyon barel, Rusiya 235 min barel azaldaraq 4,82 milyon barel səviyyəsinə çatdırıb.

ABŞ-da neft emalının həcmi mart ayında 3,9 faiz azalaraq 15,24 milyon barel, Səudiyyə Ərəbistanında 11 faiz azalaraq 1,97 milyon barel, Rusiyada da 0,25 faiz azalaraq 6,05 milyon barel təşkil edib. (Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu