Türkiyədə son sutka ərzində daha 31 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 171 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 848 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 150 593 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların sayı son sutkada 1 615 artaraq ümumilikdə 111 577 nəfər təşkil edib.