BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı artıb.
Modern.az xəbər verir ki, indiyədək beynəlxalq qurumun 520 əməkdaşı COVİD-19-a yoluxub.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, 7 nəfər BMT əməkdaşı koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib: "Amerikada təşkilatın 147 əməkdaşında COVID-19 aşkarlanıb. Ölənlərin biri Nyu-Yorkdakı Katibliyin, digər iki nəfəri isə ÜST-nin və UNICEF-in işçisidir".