Modern.az

“Bazarstore”da lift şaxtasına düşən qız öldü

“Bazarstore”da lift şaxtasına düşən qız öldü

Aktual

19 May 2020, 09:42

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində ağır xəsarət alan 23 yaşlı qız xəstəxanada ölüb.

 

Modern.az-ın məlumatına görə, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində fəaliyyət göstərən "Bazarstire"a aid mağazada satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Mübariz qızı Əliyeva ehtiyatsızlıqdan marketin yük liftinin şaxtasına düşərək ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən A.Əliyeva orada ölüb.

 

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!