Modern.az

Teledərslər bayram günlərində də yayımlanacaq - Nazirlik

Teledərslər bayram günlərində də yayımlanacaq - Nazirlik

Aktual

19 May 2020, 10:34

“Mədəniyyət” kanalında yayımlanan teledərslər mayın 23-dən 30-dək olan bayram günlərində də yayımlanacaq.

 

Bunu Modern.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

Nazirlik rəsmisi qeyd edib ki, teledərslərin sonuncu buraxılışı iyunun 12-də efirə gedəcək.

 

O, müəyyən olunan müddətdə proqramın tam əhatə olunacağını da söyləyib.

 

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Bu məqsədlə 11 mart tarixindən etibarən televiziya vasitəsilə teledərslər layihəsi adı altında dərslərə start verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə