Modern.az

Rusiyada 186 tibb işçisi koronavirusdan öldü

Rusiyada 186 tibb işçisi koronavirusdan öldü

Aktual

19 May 2020, 17:05

Rusiyada koronavirusdan ölən hər 15 nəfərdən biri tibb işçisidir. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya həkimləri tərəfindən koronavirusdan ölən həmkarlarının xatirəsinə yaradılan “Xatirə siyahısı” layihəsində onların adları yazılıb.

 

Bildirilib ki, jurnalistlər siyahıdakı 222 addan 186-nın tibb işçisi olduğunu  təsdiqləyib. Ölən səhiyyə işçilərindən 16-sı Moskva ətrafının, 14-ü isə Sankt-Peterburqun sakinləridir.

 

Məlumata görə, ölkə üzrə COVID-19-dan azı 186 tibb işçisi ölüb. Başqa sözlə, pandemiya nəticəsində ölənlərin ümumi sayının 7 faizi onların payına düşür.

 

Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 299 941 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 2 837-yə yüksəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək