Modern.az

Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edildi

Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edildi

Aktual

21 May 2020, 09:58

Bakıda soyğunçuluq hadisəsi baş verib.

 

Modern.az-ın xəbərinə görə, hadisə mayın 19-u gecə saatlarında Səbail rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Məmməd Məmmədovla mübahisə edib. Daha sonra həmin şəxs M.Məmmədovun avtomobildən 170 manat dəyərində olan mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirib.

 

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vasif Qasımov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək