Modern.az

Deputat Azərbaycan gənclərinə inamı nümayiş etdirdi - VİDEO

Deputat Azərbaycan gənclərinə inamı nümayiş etdirdi - VİDEO

Aktual

21 May 2020, 16:20

Milli Məclisin deputatı Ülvi Quliyev özünün sosial şəbəkə hesabında gənc kadrlara arxalanan Azərbaycan Prezidenti İlham Əliyevdən sitat paylaşıb. Ölkə başçısının həmin sitatında gənclər haqqında yüksək fikirlər yer alır:

“Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar... Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.

Ülvi Quliyev Azərbaycanda yürüdülən gənclər siyasəti ilə bağlı video da paylaşıb. Onu təqdim edirik:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?