Modern.az

“Prezidentin dəstəyi bütün sahibkarlar tərəfindən rəğbətlə qarşılanır” - Xocavəndli sahibkar

“Prezidentin dəstəyi bütün sahibkarlar tərəfindən rəğbətlə qarşılanır” - Xocavəndli sahibkar

Aktual

21 May 2020, 16:58

Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən Tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında pandemiyadan zərər çəkmiş sahələrdə çalışmış muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi situmallarının verilməsi nəzərdə tutulurdu. Xocavənd rayon Vergilər Şöbəsində qeydiyyatda olan pandemiyadan birbaşa və ya dolayısı ilə zərər görmüş vergi ödəyiciləri ilə vaxtında məlumatlandırma tədbirləri həyata keçirilmişdir. Nəticədə şöbədə qeydiyyatda olan 15 vergi ödəyicisi Koronovirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi çərçivəsində yardım alıb.


Modern.az xəbər verir ki, həmin sahibkarlardan biri də Ələddin Quliyevdir. Sahibkar Cənab Prezident İlham Əliyevin “COVID-19 pandemiyasının makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının ölkəmizdəki bütün iş adamlarının və sahibkarların rəğbətinə səbəb olduğunu bildirb.

 

Koronavirus pandemiyasından zərərçəkmiş sahibkarlara göstərilən dövlət dəstəyinə görə "Babək-Rügar" MMC-nin kollektivi adından Cənab Prezidentə öz dərin təşəkkürünü və minnətdarlığını ifadə edib. Sahibkar həmçinin qeyri -leqal fəaliyyət göstərən sahibkarlara çağırış edib:

 

"Qeyri-formal fəaliyyət göstərənlər dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum olur. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlət ilə əməkdaşlıq imkanlarını itirir və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qalır. Dövlətimizin iqtisadiyyatının daha da güclənməsi üçün biz sahibkarlar dövlətimizə yaxından dəstək olmalıyıq"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!