Böyük Britaniyada daha 2615 nəfərdə koronavirus aşkarlanıb, 338 nəfər virusdan həyatını itirib.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 250 908-ə, ölənlərin sayı isə 36 042-yə yüksəlib.
Qeyd edək ki, Böyük Britaniya dünyada koronavirusun ən çox yayıldığı 5-ci, pandemiya qurbanlarının sayına görə isə 2-ci ölkədir.
T.İSMAYIL