Türkiyədə son sutka ərzində daha 27 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 249 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 33 633 nəfərdən 1 003 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 153 548 nəfərə çatıb. Müalicə olunan 1 092 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 114 990 nəfər koronavirusdan müalicə olunub".