Modern.az

Sumqayıtda özünü binadan atmaq istəyən qadın xilas edildi

Sumqayıtda özünü binadan atmaq istəyən qadın xilas edildi

Aktual

22 May 2020, 00:24

Sumqayıtda intihara cəhd hadisəsi qeydə alınıb.

Modern.az  xəbər verir ki, şəhərin 6-cı mikrorayonunda hündürmərtəbəli binanın 11-ci mərtəbəsinin eyvanına çıxan, təxminən 20-25 yaşlarında olan qadın özünü atmaq istəyib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.   

Xilasedicilər vətəndaşın özünə sui-qəsd etmək istəyinin qarşısını alıblar. (APA)

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...