Modern.az

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI

Aktual

22 May 2020, 09:24

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyaya AĞIR ZƏRBƏLƏR endirilir - Moskvaya hücum!