Modern.az

Abşeronda maşın qaçıran şəxs saxlanıldı

Abşeronda maşın qaçıran şəxs saxlanıldı

Aktual

26 May 2020, 17:27

Abşeron rayonu Hökməli qəsəbəsindən A.Zamanlıya məxsus avtomobil qaçırmaqda şübhəli bilinən A.Həsənli avtomobillə birgə saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 24-də saat 21 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini A.Zamanlıya məxsus “Opel” markalı avtomobil qaçırılıb.

 

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi A.Həsənli avtomobillə birgə saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...