Modern.az

Təyyarə sərt eniş edib, 20 nəfər ölüb

Təyyarə sərt eniş edib, 20 nəfər ölüb

Aktual

8 Avqust 2020, 09:02

Hindistanın Kojikode şəhərində (Kerala ştatı) Air India Express sərnişin təyyarəsinin sərt enişi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti yerli hakimiyyət orqanlarına istinadən bildirib..

Bildirilib ki, təyyarənin komandiri və pilot ölənlər arasında olub. Hadisə nəticəsində 140-dan çox sərnişin yaralanıb, bəziləri ağır yaralanıb.

 

Bundan əvvəl NDTV kanalı 17 nəfərin ölüm xəbərini vermişdi.

Laynerin göyərtəsində ekipaj üzvləri daxil olmayaraq 184 nəfər (o cümlədən 10 körpə) olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri