Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 40 mini keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 40 mini keçdi

Aktual

8 Avqust 2020, 12:00

Ermənistanda koronavirusa yoluxanların sayı 40 185 nəfərə çatıb.

Modern.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 200 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 8 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 785 nəfər koronavirusdan ölüb, 6 777 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri