Hindistanın şimal-şərqindəki Muzaffarpur sakinləri, burnu olmayan, yeni anadan olan keçini müqəddəs sayırlar. Kənd camaatı 'Tanrı' hesab etdikləri körpə keçiyə ibadət etməyə başladılar.
Modern.az xəbər verir ki, Muzaffarpur bölgəsində yaşayan hindular keçi, inək və ya bir gözlə doğulan hər hansı bir heyvanı müqəddəs hesab edirlər. Bu cür bədən deformasiyası ilə doğulan heyvanların şans gətirəcəyinə inanan insanlar, burunları olmadığı üçün gözləri demək olar ki, ağızlarının içində olan keçini müqəddəs hesab edirlər.
Nargilə HƏSƏN