Ümumilikdə 3,7 milyon əhalisi olan Gürcüstanda bu zamana qədər koronavirusa yoluxanların sayı 1213-dür. Virus səbəbi ilə ölənlərin sayınin isə 17 olduğu bildirilir.
Təkcə onu qeyd etmək olar ki, Gürcüstanın qonşuluğunda olan ölkələrdə virusun yaratdığı mənzərə heç də ürəkaçan deyil. Bəs Gürcüstan bunu necə bacarıb?
Gürcüstanda ilk dəfə koronavirus infeksiyasına yoxluma halı fevral ayının ayının sonunda aşkarlandı. Bununla bağlı hökümət dərhal məsələyə ciddi yanaşaraq bir-sıra tədbirlər həyata keçirməyə başladı. Məsələn mart ayında bütün məktəblərin universitetlərin, bir çox müəssisələrin və ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı.
Martın 21-dən sonra ölkədə fövqəladə vəziyyət elan olundu. Bununla da ölkədə böyük yığıncaqlar, şənliklər, həmçinin ölkə və şəhər daxilində səyahətlər ləğv edildi. Axşam 9-dan sonra isə küçəyə çıxmaq qadağan olundu.
Gürcüstanda qeyd olunan ən vacib dini bayram olan Pravoslav Pasxası zamanı isə dövlət fərdi nəqliyyat vasitələrindən istifadəni qadağan etdi və ölkədəki qəbristanlıqları da bağladılar.
"Birinci təsdiqlənmiş yoluxma hadisəsindən bir ay əvvəl pandemiya təhdidini nəzərə aldıq, - Baş nazir Giorgi Qaxaria elektron poçtla BBC-yə bildirib. - Ölkəmizin yerləşdiyi yer və ölçüsünün kiçik olması kimi xüsusiyyətləri nəzərə alaraq digər ölkələrin təcrübəsindən yararlana bilmədik".
Məlumatlandırma kampaniyası və müntəzəm olaraq yeniliklərin çatdırılması işinə ölkənin ən yaxşı alimləri və Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi (NCDC) rəhbərlik edib.
Gürcüstanda pandemiya ilə mübarizə strategiyasına rəhbərlik edən və fəaliyyətləri bir çoxları tərəfindən alqışlanan 3 şəxs NCDC-nin əməkdaşı olub.
Üçlüyün tərkibinə NCDC-in rəhbəri Amiran Qamkrelidze, Lugar laboratoriyasının müdiri Paata İmnadze və baş virusoloq, Tbilisi yoluxucu xəstəliklər, QİÇS və immunoloji tədqiqat mərkəzinin rəhbəri Tenqiz Tsertsvadze daxil idi. Bu 3 nəfər ictimai- elm adamına "üç muşketyor" adı verilib.
Gürcüstanda hazırda koronavirusa qarşı test keçirən 19 laboratoriya fəaliyyət göstərir.
İNCDC rəhbəri Amiran Qamrexelidze Gürcüstanın uğuru barədə açıqlamasında deyib ki:
"Qızıl standarta uyğun olaraq əhalimizin hər milyon nəfəri hesabı ilə təxminən 30000 PCR testi keçirdik. Sağalma dərəcədi 86% -ə yüksəldi, amma təəssüf ki, 15 ölüm hadisəsi oldu ki, bu da 1,6% təşkil edir. Qlobal göstəricilərlə müqayisədə bu çox azdır."
Gürcüstanda fövqəladə vəziyyət zamanı qaydaları pozanlara qarşı böyük cərimələr təyin olunmuşdu - fiziki şəxslər üçün 1000 dollar, müəssisə və şirkətlər üçün 3000 dollar.
"Evdə qal" xəbərdarlığına bütün avtobus dayanacaqlarında rast gəlmək olardı. Həmçinin mobil telefon operatorlarının göndərdiyi mesajlarla da xalqa müraciətlər ünvanlanırdı.
Gürcüstanın baş naziri gürcülərin əməkdaşlığa hazır olmalarını və onların "bütün müvafiq təlimat və tövsiyələrə əməl edilməsində nümunəvi sosial məsuliyyət" nümayiş etdirməsini yoluxma halları statistikasının durdurulmasına kömək etdiyini söyləyib.
Ölkədə Pasxa bayramı günləri ciddi sınağa çevrildi, çünki ölkə boyu kilsələrdə gecə yarısı kütləvi ibadət mərasimlərində minlərlə adamın iştirak edəcəyi qorxusu var idi.
"Pasxa bayramı günlərində kilsələrdə ibadətlər keçirildi, gürcülərin çoxu isə hökümət göstərişinə uyğun olaraq evdən bayıra çıxmadı."
Gürcüstanın azərbaycanlılar yaşayan bir sıra kəndlərində, xüsusilə Muşevan kəndində virusa yoluxma hallarının müşahidə olunmasından sonra kəndə giriş-çıxış tamamilə dayandırıldı. Kənd sakinlərinin əksəriyyətinə pulsuz test edildi. Virusa yoluxan şəxslərin də müalicəsi şəhər xəstəxanalarında aparılaraq, xərcləri dövlət tərəfindən qarşılandı
Hazırda isə ölkədə bir çox məhdudiyyətlə aradan qaldırılıb. Gürcüstanda artıq əksər müəssisə və restoran işini bərpa edib. Tibbi maskaların taxılması isə qapalı ictimai məkanlarda məcburidir. Böyük yığıncaqlarda məsafə gözlənilməsi kimi bəzi məhdudlaşdırmalar ilə bağlı sərt qaydalar hələ də mövcuddur.
Gürcüstanın iyulun 1-dən beynəlxalq turistlər üçün sərhədlərini aça biləcəyinə dair müzakirələr vardı. Lakin bu addım təxirə salındı və buna görə də bu il ölkənin turizm sektorunun perspektivləri ürəkaçan deyil.
Bütün bu yumşaldılmara baxmayaraq NCDC rəhbərliyi vəziyyətə hələ də nəzarət etməkdədir.
"Əgər Gürcüstan ətraf ölkələr arasında bir adaya və oazisə bənzəyirsə, bu, bizə bir dəqiqə belə arxayın olub istirahət etməyə haqq qazandırmır", - doktor Qamrexelidze mətbuat brifinqində bildirib.
"Gündəlik yeni yoluxma hadisələrinin sayının təkrəqəmli göstəricilərlə ifadə olunması bizə özümüzü rahat hiss etmək hüququ vermir. Biz daima hazır vəziyyətdə olmalıyıq."
Qeyd edək ki, Gürcüstan vətəndaşlarının artıq Avropa İttifaqı ölkələrinə uçuşları ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.
Nargilə HƏSƏN