Modern.az

24 yaşlı Sumqayıt sakini eyvandan yıxılaraq öldü

24 yaşlı Sumqayıt sakini eyvandan yıxılaraq öldü

Aktual

8 Avqust 2020, 16:12

Sumqayıt sakini yaşadığı binanın 2-ci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

 

Modern.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb.

Ağır xəsarət alan şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Şahin Allahyar oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri