Modern.az

Milyarder dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı

Milyarder dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı

Aktual

10 Avqust 2020, 21:38

Koronavirus pandemiyasını yalnız iki il yarım sonra dayandırmaq mümkün olacaq. 

 

Modern.az  xəbər verir ki, bu barədə “Microsoft”un təsisçisi Bill Qeyts “Wired”ə müsahibəsində deyib:

“Məndə belə təəssürat yaranır ki, biz, zəngin dünya, əsasən, 2021-ci ilin sonuna bunun öhdəsindən gələcəyik, bütövlükdə dünya isə bunu 2022-ci ilin sonuna qət edəcək”.

Bill Qeyts bildirib ki, pandemiya malyariya, poliomielit və HİV ilə mübarizə aparmaq üçün dərman axtarışında irəliləyişi əhəmiyyətli dərəcədə yavaşlayıb:

“2020-ci ilin əvvəlində olduğumuz vəziyyətə qayıdacağımıza qədər illər ötəcək. Bu, Birinci və İkinci Dünya müharibələri deyil, lakin bütün sistem üçün mənfi hadisələrin miqyası müqayisə edilə bilər”.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...