Modern.az

İki nəfər MAKSİMUM bal topladı

İki nəfər MAKSİMUM bal topladı

Aktual

11 Avqust 2020, 00:23

11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, eyni zamanda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanında iştirak edənlər isə imtahan nəticələri ilə //eservices.dim.gov.az/2020/netbak1/?frm=egov linkindən tanış olmaq mümkündür.

İmtahan iştirakçıları arasında 2 nəfər – Xırdalan şəhəri, 2 saylı tam orta məktəbin cari il məzunu və Lənkəran şəhəri, 10 saylı tam orta məktəbin 2019-cu il məzunu maksimal olan 300 bal toplayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada