Modern.az

“Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlandı

“Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlandı

Aktual

11 Avqust 2020, 09:55

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Azərbaycan Jurnalistlər Şəbəkəsi” ictimai birliyi “Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlayıb.  

 

Modern.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanın tolerant və multikultural ölkə olmasını dünyaya nümayiş etdirmək üçü Azərbaycan və İngilis dillərində yüksək keyfiyyətdə sənədli film hazırlamaqdır. Filmdə ölkəmizdə yaşayan yəhudi əsilli vətəndaşlardan bəhs ediləcək, eləcə də digər etnik qrupların Azərbaycanda birgə yaşamaq mədəniyyəti nümayiş olunacaq.

 

Davamiyyəti 30 dəqiqə olması nəzərdə tutulan filmdə çəkilişlər əsasən Azərbaycanda aparılacaq. Eyni zamanda filmdə İsraildə lentə alınan kadrlar və müsahibələrdən də istifadə olunması planlaşdırılır. 

 

Layihənin yekunda hazırlanacaq filmin geniş ictimaiyyət üçün təqdimat mərasimi nəzərdə tutulur. Bundan başqa, filmin daha geniş yerli və xarici auditoriyaya təqdim olunması məqsədi ilə bir sıra yerli və xarici media qurumları ilə də əməkdaşlıq da qurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada