Modern.az

Naftalanın icra başçısı şəhərdəki obyektlərdə mövcud şəraitlə yaxından tanış olub

Naftalanın icra başçısı şəhərdəki obyektlərdə mövcud şəraitlə yaxından tanış olub

Aktual

13 Avqust 2020, 15:22

 

İcra Hakimiyyətinin başçısı və şəhər hüquq-mühafizə orqanlarının rəhbərləri karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə tanış olublar.

 

Modern.az xəbər verir ki, Naftalanda növbəti dəfə şəhərin prospekt və mərkəzi küçələrinə baxış keçirib. Şəhər rəhbəri ictimaiyyətin koronavirus təhlükəsinə dair məsuliyyətini iş başında yoxlayıb. Mərkəzdə yerləşən xidmət, ictimai-iaşə və ticarət obyektlərindəki mövcud şəraitlə yaxından tanış olub. Vətəndaşlara göstərilən xidmət səviyyəsi ilə maraqlanıb. İcra başçısı sahibkarlar və sakinlərlə sanitar-profilaktik mövzuda maarifləndirici söhbətlər aparıb. Karantin qaydalarına əməl etməyənlər barədə qanunamüvafiq ciddi tədbirlər görüləcəyi nəzərə çatdırılıb.

 

Həmçinin şəhərin küçələrində aparılan abadlıq işləri ilə də tanış olunub, abadlıq işlərinin aparılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib .

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...