Modern.az

BANM-in məzunları DAAD təqaüdünü qazanıb

BANM-in məzunları DAAD təqaüdünü qazanıb

Aktual

14 Avqust 2020, 11:42

Bakı Ali Neft Məktəbinin (BANM) 3 məzunu Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidmətinin) təqaüdünü qazanıblar.

 

Modern.az xəbər verir ki, “Kimya mühəndisliyi” ixtisasının məzunları Nərmin Baxışova Almaniyanın Hamburq Universitetində, Əsəd Əsədli və Sahib Abdullayev isə Friedrich-Alexander Erlanqen-Nümberq Universitetində magistratura pilləsi üzrə təhsil alacaqlar. Təqaüd proqramı çərçivəsində onların yaşayış və təhsil xərcləri qarşılanacaq.

 

Qeyd edək ki, BANM-in 2019-cu il məzunları olan Nərmin Baxışova hazırda İtaliyanın “Maire Tecnimont” şirkətlər qrupunun “TCM KT JV Azərbaycan” MMC-də layihə üzrə kiçik mühəndis, Sahib Abdullayev isə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə proses mühəndisi işləyir. 

 

Məlumat üçün bildirək ki, Azərbaycandan təqaüd üçün seçilmiş 25 nəfərdən 3-ü məhz BANM məzunudur.

 

DAAD gənclərə Almaniya daxili və xaricində beynəlxalq təhsil və tədqiqat təcrübəsini toplamağa imkanı yaradan Akademik Mübadilə Xidmətidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...