Türkiyədə son sutka ərzində daha 18 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 139 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 443-nün cavabı pozitiv çıxıb.
Müalicə olunan 743 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 237 903 nəfər təşkil edir".