Modern.az

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlandı

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlandı

Aktual

25 Avqust 2020, 19:48

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xeyli miqdarda siqaretlərin gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a bildirilib ki, Gürcüstan istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Kamaz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

 

Yoxlama zamanı avtomobilin ehtiyat təkərinin içərisində gömrük nəzarətindən gizlədilən 13 min 160 ədəd “Marlboro double mix”, 5720 ədəd “Parliament Silver Blue” və 1440 ədəd “Parliament Carat”, ümumilikdə 20 min 320 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV