Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.
Modern.az-ın məlumatına görə, şahmat kompozisiyası üzrə dəfələrlə dünya kubokunun qalibi, FİDE olimpiya turnirlərinin qızıl və bürünc medalçısı, beynalxalq dərəcəli hakim, idman ustası Kənan Vəlixanov Mehriban Əliyevanı şahmat üslübunda təbrik edib.
O, Modern.az-a göndərdiyi təbrikdə bildirib:
“Şahmat kompozisiyasında müxtəlif janrlarla yanaşı, skaxoqrafik şahmat məsələləri də mövcuddur. “Skaxoqrafiya” yunan sözü olaraq (scaho – şahmat , grapho – yazıram), şahmatla yazıram mənası verir. Şkaxoqrafik şahmat elə bir şətrənc kompozisiyası növüdür ki, burada fiqurların düzlüşü həriflər, rəqəmlər, əşyalar və sairəni əks etdirir.
Mehriban xanımın 56-cı ad gününə həsr edilən kompozisiyalarda MƏ hərifləri və 56 rəqəmi nümayiş etdirilir. Hər diaqramda iki hərif və iki rəqəm olmasına baxmayaraq, kompozisiya cəmi iki məsələdən ibarətdir.Məsələlər üçgedişli və ikigedişli janrlarda yaradılıb ki, bu da riyazı yolla 56 rəqəmini almaga imkan verir. (3+2=5 və 3x2=6. 5 və 6 rəqəmlərini birləşdirsək 56 olacaq!).
Hörmətli Mehriban xanım, Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən səmimi və xoş arzularımı bildirirəm.
İnanıram ki, aparılan islahatlar dövlətimizin inkişafına mühüm tövhələr verəcək, xalqımızın rifahını daha da yaxşılaşdıracaqdır”.