Modern.az

İxtisas seçimi edən abituriyentlərin nəzərinə!

İxtisas seçimi edən abituriyentlərin nəzərinə!

Aktual

11 Sentyabr 2020, 17:21

Məlum olduğu kimi , ali təhsil müəssisələrinin ixtisas seçimi başlayıb. Bunu nəzərə alaraq Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent Məsləhət Mərkəz”ləri fəaliyyətini 12 və 13 sentyabr tarixlərində də davam etdirməsinə qərar verib.

DİM-dən Modern.az-a bildirlib ki, “Abituriyent Məsləhət Mərkəz”ləri qeyd olunan tarixlərdə saat 09:30-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin  Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində  fəaliyyət göstərəcəklər.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçiriləcək. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılacaq. Abituriyenti yalnız 1 nəfərin müşayiət etməsinə icazə veriləcək.

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xidmət göstərirlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV