Modern.az

Məktəb bufetləri açılmayacaq - RƏSMİ

Məktəb bufetləri açılmayacaq - RƏSMİ

Aktual

11 Sentyabr 2020, 17:47

Məktəblərdə yeməkxanalar işləməyəcək. 

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib:

 

"İbtidai sinif şagirdləri məktəbə yemək gətirib, tənəffüs vaxtı yeyə biləcəklər. Hələ ki, bufetlərin açılması nəzərdə tutulmayıb. Ancaq internat tipli məktəblərdə yeməkxanalar işləyəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?