Modern.az

Avtobusla maşın toqquşdu - sərnişin öldü

Avtobusla maşın toqquşdu - sərnişin öldü

Aktual

12 Sentyabr 2020, 09:33

Pirallahı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. 

 

Modern.az xəbər verir ki, qəza sentyabrın 10-da saat 8 radələrində qeydə alınıb. 

 

Qəsəbə sakinləri O.Camalovun idarə etdiyi “Hyundai” markalı avtobus və Ü.Abbaszadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. 

 

Nəticədə Ü.Abbaszadənin sərnişini Adilxan Cabbarlı hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

 

Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!