Modern.az

Koronavirusa qarşı vaksinasiyaya əks göstərişi olan xəstəliklər - SİYAHI

Koronavirusa qarşı vaksinasiyaya əks göstərişi olan xəstəliklər - SİYAHI

Aktual

12 Sentyabr 2020, 09:38

Bəzi xəstəliklər koronavirusa qarşı vaksinasiyada əks göstərişlərə malikdir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Veçernya Moskva”nın məlumatına görə, bu barədə rusiyalı həkim-immunoloq Vladislav Jemçuqov bildirib.

 

Mütəxəssis bunlar arasında immunodepressiv preparatların tətbiqi ilə əlaqəli xəstəlikləri vurğulayıb. Belə xəstəliyin ən sadə nümunəsi kimi o, onkoloji xəstəlikləri göstərib.

 

Həkim peyvəndlə əlaqəli bütün məsələlərin xəstənin həkimi tərəfindən həll edilməli olduğunu xatırladıb.

 

Bundan əlavə, Jemçuqovun sözlərinə görə iltihablı və otoimmün xəstəlikləri, qanın sistemli xəstəlikləri və Qırmızı qurd eşənəyi xəstəliyi olanlara COVID-19-a qarşı peyvənd vurdurmaq olmaz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV