Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb
Bu sualı həm dar həm də geniş mənada başa düşmək və ona cavab vermək olar.Beləki dar mənada desək,əsl tələbə gündəlik dərslərinə məsuliyyətlə çalışmalı,dərsinə vaxtında gəlməli və seçdiyi peşəyə layiqincə hazırlaşmalıdır…Lakin bütün bunlar onun sadəcə gündəlik dərslərində yüksək qiymət almasına kömək edə bilər.
Sözsüz ki,bir tələbə üçün bunlar mühüm keyfiyyətlərdir,lakin əsl tələbə bununla kifayətlənməməli,universitet çərçivəsindən kənara çıxmalı,özünün dünyagörüşünü,təhsilini,savadını daha da artırmalıdır...
Elə bu barədə dekanımızın bizə dediyi cox gözəl bir söz var:"Əzizlərim,universitet sizə hər şeti verə bilməz. Bunun üçün siz özünüz öz üzərinizdə çalışmalısınız". Dünyagörüşünü artırmağın müxtəlif yolları vardır.Bunun üçün sevdiyin və səni daha çox cəlb edən ölkəyə səyahət edə bilərsən.Lakin buna hər kəsin maddi cəhətdən imkanı çatmaya bilər.Başqa bir xalqın dilini,mədəniyyətini,dünyaya baxış formasını,adət-ənənsini hiss edərək öyrənməyin ən gözəl yolu kitab oxumaqdır. Kitab oxumağın insana verdiyi üstünlüklərdən bunları misal göstərə bilərəm:
İnsan nə qədər çox kitab oxusa bir o qədər onun söz ehtiyyatı artar,öz fikrini qarşısındakı insanlara daha aydın və səlis bir şəkildə izah edə bilər.Bunula yanaşı insan oxuduğu əsərin növündən asılı olaraq öz bilik xəzinəsinə azda olsa nəsə əlavə edə bilər.Əlbəttəki daha çox oxuyaraq daha çox öyrənər.Bunu nəzərə alan universitet rəhbərliyi belə bir qərar qebul ediblərki hər imtahan qabağı tələbələr 5 bədii ədəbiyyat nümunəsi oxumalı və imtahan verməlidir.Əks halda tələbə imtahanlara buraxılmamalıdır.Beləliklə bir çox tələbə bu əsərləri məcburi oxusa da,zaman keçdikcə onda oxuya həvəs yaranır.Kitab oxumağa bəzi tələbələr tənbəllik etsə də,sözün həqiqi mənasında kitabı sevən tələbələrdə vardırki,onların danışığı digərlərindən kəskin şəkildə fərqlənir.Tələbələrimizin mənfi xüsusiyyətlərindən biri isə onların rüşvətə göz yummasıdır.Onların düşüncəsi isə belədir:"Onsuzda oxusamda qiymət yazmirlar,boş yerə əziyyət çəkmiyim",Çox təəssüfki,rüşvət tələbələr də daxil olmaqla bir çoxları üçün adi hal alıb.Bunun qaynağı isə tələbədə öz hüquqlarını bilmədiyindən özünə güvənin olmamasıdır.Onlar gördükləri çərçivədən kənara çıxmırlar və bu belə də davam etməliymiş kimi rüşvətə göz yumurlar...Əsl tələbəyə xas olan keyfiyyətlərdən biri də özünə inanmaq,öz hüquq və vəzifələrini bilmək,dünyaya öz nöqteyi nəzərindən baxa bilməkdir.Bunun üçün tələbə həmdə dünyada baş verən siyasi-iqtisadi məsələlərlə maraqlanmalı,qəzet oxumalı,xəbərləri izləməli və onları özü üçün təhlil etməlidir.
Lakin tələbənin əsl tələbə olması üçün müəllimin də təsiri böyükdür.Yəni müəllim tələbəyə ona dəyər verdiyini,inandığını hiss etdirərsə tələbədə özünə inam yaranar.Bəzən tələbənin də müəllimə nəsə öyrətdiyinin şahidi oluruq.Çünki elə vaxt olur ki,tələbənin hər hansı mövzu haqqında daha maraqlı fikirləri,daha fərqli baxış forması olur.Universitetimizin devizi buna daha önəm verdiyimizi göstərir:"DOSENDO DİSCİMUS-ÖYRƏDƏRƏK ÖYRƏNİRƏM".
Bu gün ölkəmizin ali qanunvericilik orqaninda Azərbaycan ziyalılarını layiqincə təmsil edən hörmətli vəkilimizin təqdim etdiyi mövzu ilə bağlı düşüncələrimi yekunlaşdıraraq "Əsl tələbə necə olmalıdır?"sualını qısa olaraq bu cür cavablandırardım:
Əvvəla azərbaycanlı tələbə sözün əsl mənasında VƏTƏNPƏRVƏR olmalıdır.O,daim müstəqil dövlətimizin və müdrik xalqımızın təəssübünü çəkməli,ölkənin qüdrətinin möhkəmləndirilməsi,xalqın xoşbəxt gələcəyinin təmin edilməsi işinə azca da olsa öz töhvəsini verməyi bacarmalıdır.
İkincisi azərbaycanlı tələbə əsl VƏTƏNDAŞ olmalıdır.Bu isə hər bir gəncdən yüksək siyasi şüur,ictimai fəallıq,möhkəm əqidə və vətənin qayğıları ilə yaşamaq və yaratmaq bacarığı tələb edir.
Üçüncüsü azərbaycanlı tələbə yüksək mədəniyyətli və əxlaqlı,ədəb-ərkanlı,milli dəyərlərimizi hər bir məhfumdan üstün tutan bir şəxs olmalıdır.Yalnız bu cür gənclər cəmiyyətimizin Avropa dəyərləri axtarışında bəzən müşahidə olunan milli dəyərlər itkisinin qarşısını ala bilər.
Dördüncüsü bu günün tələbəsi geniş dünyagörüşünə malik,yeni texnologiyalardan bacarıqla istifadə edən,öz biliklərini yorulmadan dərinləşdirən,savadlı bir gənc olmalıdır.Yalnız dərin və hərtərəfli biliklərə yiyələnməklə Azərbaycanın parlaq sabahını təmin etmək olar.
Və nəhayət bir insan ömrünün qısa bir müddətini tələbə kimi kecirən gənc,tələbəlik illərinin qədrini bilməli və bu qısa zaman kəsiyindən yetərincə bəhrələnməyi bacarmalıdır.Əbəs yerə deyildirki,"TƏLƏBƏ" sözü "TƏLƏB" sözü ilə səsləşir.Müasir cəmiyyətin tələblərini ödəmək hər bir tələbənin borcudur.
Orucəliyeva Çinarə
Bakı Slavyan Universiteti
tərcümə fakültəsinin 1-ci kurs
101-ci qrup tələbəsi