Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb
Əsl tələbə necə olmalıdır? Tələbələrimizin müsbət və mənfi cəhətləri hansılardır? Bu gün əsl azərbaycanlı tələbəsinin universitetdə davranış qaydaları necədir?
Təəssüflər olsun ki,bu gün universitetlərimizdə nə tələbələrin intelektual səviyyəsi,nə də tələbələrin universitetdə davranış qaydaları istədiyimiz vəziyyətdə deyil.Tələbələrin sayca çox hissəsi universitetə sadəcə diplom xatirinə gəlirlər.Ömrünün dörd ilini boş yerə parta arxasında yatıb getməyə sərf edirlər.Universitetdə etik qaydalara riayət etmirlər.Qayb yazılmasın deyə dərsə gəlir,dərs müddətini başa vurmaq,vaxtlarını keçirmək üçün etik çərçivəyə sığmayan hərəkətlərə yol verirlər.Dörd il ərzində kitabxananın yerini tanımırlar.Və sonda diplom aldıqdan sonra əllərində quru diplom ,başlarında isə heç nə olmur.
Əsl tələbə universitetdə oxuduğu müddətdə öz ixtisasını yaxşı öyrənməli,dərin biliklərə yiyələnməlidir.Mütaliəsini genişləndirməlidir.Dünya ədəbiyyatından seçilmiş əsərlər oxumalıdır.Mütaliənin əhatəli olması hər hansı bir yerdə özünü ifadə etməkdə mühüm rol oynayır.Təhsil aldığı müddətdə müxtəlif xarici dilləri öyrənməli,kompyuter biliklərinə yiyələnməlidir.Bütün bunlar gələcəkdə iş tapmaqda,karyera qurmaqda mühüm rol oynayır. Bu gün ali məktəblərdə tələbələrin dərsdən kənar fəaliyyəti nizamlanmayıb, dərsdən kənar tələbələr konfranslarda, diskusiyalarda, müəyyən tədbirlərdə iştirak etməlidir ki, onlar fikir mübadiləsi aparmağı öyrənsin,diskusiya mədəniyyətinə sahib olsun.Tələbə demokratik dəyərləri bilməli,dünya təhsil sistemlərinin təcrübəsindən örnək kimi istifadə etməlidir.
Bəs tələbələr bütün bunlardan niyə yayınır? Dövlət yoxsa valideyin?burda günah hər ikisində var.Təhsil Nazirliyinin xidmətləri bu gün göz qabağındadır.Şagirdlər orta məktəbi bitirərkən atestat ala bilmir.Orta məktəbdə ibtidai biliklərə yiyələnməyən şagird heç vaxt savadlı və intelektual tələbə ola bilməz.Orta təhsil ali təhsilin bünövrəsidir.
Bu gün universiytetlərdə də təhsilin səviyyəsi qənaətbəxş deyil.Dünya universitetlərinin tədris təcrübəsindən istifadə edilmir.Kitabxanalar lazımi səviyyədə deyil.Yataqxanalar yox dərəcəsindədir.Kitabxanaların və yataqxanaların qaydasında olmaması tələbənin onsuz da az olan büdcəsini tükəndirir.Tələbə çıxılmaz vəziyyətdə qalır.Valideyinin ona ayırdığı pula kitab alsin,yemək alsın,paltar alsın,yoxsa kirayə haqqı versin.Universitetlərdə kitabxana,texniki qurğular probleminə yenidən qayıdıram.Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində təhsil alıram.Bizim fakultədə əsas problem müasir avadanlıqlarla təmin olunan studiyanın olmamasıdır.Jurnalistika fakultəsində təhsil alan tələbə nəzəri biliklərə yiyələnməklə yanaşı praktiki biliklərə də yiyələnməlidir.Bunun üçün isə müasir texnikaya sahib studiya olmalıdır ki,tələbə ən azından video çəkiliş,səs yazılması,montajı öyrənə bilsin.Studiyada müasir standartlara cavab verən kameralar,mikrofonlar olmalıdır ki,tələbə öyrənmək üçün süjet çəkə,reportaj hazırlaya bilsin.
öyrənmək üçün süjet çəkə,reportaj hazırlaya bilsin.
Kitab probleminə gəldikdə isə burda əsas məsələ tələbənin dərs vəsaiti kimi istifadə etməsi üçün yeni kitabların nəşr olunmamasıdır.Sovet dövründən qalma kitabların tələbələrə dərs vəsaiti kimi sıranması sovet təfəkkürünün tələbələrin beynindən çıxmasına imkan vermir.Müasirləşmənin,qloballaşmanın,iintelektuallaşmanın qarşısını alır.Bu isə Azərbaycan gəncliyini uçuruma aparir.Son dörd abzasda sadaladıqlarım tələbənin əsl tələbə ola bilməməsində dövlətin günahlarıdır.
Bu gün tələbələrin bu vəziyyətdə olmasında valideyinlərin də günahları var.Övladı universitetə qəbul olduqdan sonra valideyin övladı ilə maraqlanmır.Uşaq dərsə gedir,yoxsa dərs adı ilə şəhərdə gəzib vaxt keçirir valideyinin bundan xəbəri olmur.Semestrin axırında isə məlum olur ki,övladı qayb limitini keçib ,ya da qiymət ala bilməyib,ona görə də imtahana buraxılır.Valideyin başlayır vəziyyətdən çıxış yolu axtarmağa.Və çıxış yolu kimi rüşvət verməyi tapır.Borc-xərc pul tapıb verir övladına verir ki ,apar ver müəllimə qiymət yazsın,qayblarını silsin.Övlad da pulu götürüb sevinə-sevinə gedir universitetə və pulu müəllimə verib problemlərini həll edir.Növbəti semester başlayır həmin problemlərin təməlini yeniden qoymağa.Gördüyünüz kimi valideyinlərin vəziyyətdən çıxış yolu əksər hallarda rüşvətdir.
Etdiyim analizdən belə qərar çıxarıram ki ,Azərbaycanda əsl tələbə ola bilməməyin əsas səbəbkarları tələbənin özü,dövlət və valideyndir.
Pünhan İmamlı
Bakı Dövlət Universiteti
Jurnalistika fakultəsinin III kurs tələbəsi