Modern.az

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələdə

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələdə

İdman

27 Avqust 2026, 01:11

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları davam edir.

Modern.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu Fransada “Lion”la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə məğlub edən "Fənərbağça" adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.

"Fənərbağça" son dəfə 2007-2008-ci illər mövsümündə turnirin əsas mərhələsində mübarizə aparmışdı. Komanda həmin il 1/4 finala kimi irəliləmişdi.

Gecənin digər nəticələrinə əsasən "Vikinq" (Norveç) və AEK (Yunanıstan) də liqa raunduna vəsiqə əldə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...