Modern.az

Paşinyan onu müdafiə naziri təyin edəcək

Paşinyan onu müdafiə naziri təyin edəcək

Dünya

27 Avqust 2026, 09:59

Ermənistanın keçmiş daxili işlər naziri Vahe Kazaryan müdafiə naziri vəzifəsinə mümkün namizəd kimi nəzərdən keçirilir.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı müdafiə naziri Suren Papikyanı vəzifəsindən azad etməyib. Buna səbəb onun yerinə uyğun namizədin hələ müəyyənləşdirilməməsidir.

Məlumata görə, bu fonda Vahe Kazaryan Paşinyanla mümkün təyinatı ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, Vahe Kazaryan 2023-cü ildən Ermənistanın daxili işlər naziri vəzifəsini tutub. O, 2025-ci ilin iyulunda vəzifəsindən istefa verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər