Modern.az

Macarıstanda partlayış oldu, ölənlər var

Macarıstanda partlayış oldu, ölənlər var

Dünya

27 Avqust 2026, 04:22

Macarıstanın Mohac şəhərində sənaye müəssisəsinin ağac materiallarının saxlandığı sahəsində baş verib.

Modern.az xəbər verir ki, nəticədə iki işçi həyatını itirib.

İlkin məlumata görə, yanacaq təchizatı sisteminin yaxınlığında toz halında olan ağac materialının partlaması nəticəsində təxminən 15 metr hündürlüyündə alov yaranıb. Hadisə zamanı alovun qarşısında olan üç işçi ağır, həyati təhlükəli xəsarətlər alıb. Onlardan ikisi xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!