Modern.az

İki fəhlə bədbəxt hadisə nəticəsində xəsarət aldı

İki fəhlə bədbəxt hadisə nəticəsində xəsarət aldı

Aktual

15 Oktyabr 2020, 00:14

Bakının Xəzər rayonunda bədbəxt hadisə zamanı iki nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Baba Əliyev küçəsi 15 ünvanında daş hasar uçub. Uçqun zamanı 1994-cü il təvəllüdlü  Mikayılov Niyaz Əlövsət oğlu və İsmayılov Tofiq Süliddin oğlu daş hasarın altında qalıb.

Ağır xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV