Modern.az

Makron Ermənistan prezidenti ilə görüşdü

Makron Ermənistan prezidenti ilə görüşdü

Aktual

23 Oktyabr 2020, 13:52

Ermənistan Prezidenti Armen Sarkisyan və fransalı həmkarı Emmanuel Makron cümə günü Yelisey Sarayında keçirilən görüşdə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezident aparatının mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, danışıqlar zamanı Sarkisyan və Makron əldə olunmuş atəşkəs razılaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

 

“Onlar münaqişənin həllində ATƏT-in Minsk Qrupunun rolunu qeyd ediblər və ən qısa müddətdə Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağın vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV