Modern.az

Qubada ev yanıb külə döndü

Qubada ev yanıb külə döndü

Aktual

2 Yanvar 2021, 09:44

Quba rayonununda yanğın hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.

 

Belə ki, ümumi sahəsi 60 kvadrat metr olan birmərtəbəli taxta konstruksiyadan ibarət ev və içərisindəki əşyalar yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

 

Yanğın söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi