Modern.az

Məşhəddə zəlzələ oldu

Məşhəddə zəlzələ oldu

Aktual

12 Yanvar 2021, 00:10

İranın Məşhəd şəhərində 4.2 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, zəlzələnin episentri Rəzəvi Xorasan vilayətinin Sefidsəng rayonunda qeydə alınıb.

 

Tehran Universitetinin Seysmoloji Mərkəzi zəlzələnin yerli vaxtla saat 22:57-də, yerin 10 km dərinliyində meydana gəldiyini bildirib.

 

Zəızələ Məşhəd şəhəri ilə yanaşı, vilayətin Fəriman və Qulundərabad bölgəsində də hiss olunub.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV