Modern.az

PSJ-də Neymar şoku

PSJ-də Neymar şoku

Aktual

11 Fevral 2021, 22:36

Fransa kubokunun 1/32 final mərhələsinin "Kann"la oyununda (1:0) zədələnən PSJ-nin futbolçusu Neymarın durumuna aydınlıq gəlib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sol ayaq əzələsindən xəsarət alan braziliyalı hücumçu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

 

Bu isə o deməkdir ki, 29 yaşlı forvard İspaniya "Barselona"sı ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq. Bu, həm də PSJ üçün ciddi itki deməkdir.

 

Qeyd edək ki, komandalar arasında birinci qarşılaşma fevralın 16-da İspaniyada, cavab görüşü isə martın 10-da Fransada keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV