Modern.az

Rusiya hərbi gəmiləri Kerç boğazında təlimlərə başladı

Rusiya hərbi gəmiləri Kerç boğazında təlimlərə başladı

Aktual

22 Aprel 2021, 10:45

Rusiya, Qara dəniz və Xəzər donanmasına məxsus hərbi gəmilərin iştirakı ilə Kerç boğazında təlim həyata keçirir. 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Cənub Hərbi Bölgə qoşunları və hava-desant qoşunları tərəfindən həyata keçirilən hərbi  təlimin əsas mərhələsinin başlandığı və Rusiya donanmasına aid gəmilərin üzdüyü bildirilib.

Qeyd edək ki, təlimdəki ümumi birliklərin tərkibində hava və kosmik qüvvələr, hava hücumundan müdafiə sistemləri, döyüş gəmiləri və hava-desant qoşunları iştirak edir.

Aysel Məhərrəmova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi