Modern.az

İran Trampa qarşı strateji qələbə qazandı - Təhlükəsizlik katibi

İran Trampa qarşı strateji qələbə qazandı - Təhlükəsizlik katibi

Dünya

Bu gün, 11:32

İran ABŞ Prezidenti Donald Trampa təkcə döyüş meydanında deyil, həm də Vaşinqtonda siyasi məğlubiyyət yaşatdığını iddia edir.

Modern.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Tehranın ABŞ Konqresinə keçirilən seçkilərin nəticələrinə də təsir göstərdiyini bildirib.

“İran xalqı Trampa döyüş meydanında və Hörmüz boğazında strateji məğlubiyyət yaşatdı, həmçinin Vaşinqtonda ona siyasi məğlubiyyət qazandırdı”, – deyə Rezai “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

İranlı rəsmi ölkəsi ilə qarşıdurmaya girəcək hər kəsin bunun bədəlini ödəyəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, noyabrın 3-də keçirilən ABŞ Konqresinə seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin hər iki palatasında çoxluğu əldə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!