Azərbaycanda yanvarın 18-dən başlayan vaksinasiya prosesi aktiv şəkildə davam edir.
Maraqlıdır, bəs allergik xəstəlikləri olan insan vaksin olunmazdan öncə nə etməlidir?
Modern.az-ın bu sualını allerqoloq İldırım Qasımov cavablandırıb.
Onun sözlərinə görə, insanlar allergiyanın kəskinləşdiyi zamanda peyvənd vurdurmamalıdır:
“Əgər peyvənd olunan şəxsin allergiyası varsa, bu o demək deyil ki, vaksin olunmamalıdır. Sadəcə, həkim müalicə təyin edir və remissiya başlandıqda, xəstəlik azaldıqdan sonra allergik xəstə peyvənd olunur. İstənilən hər bir halda allergik xəstə həkimlə məsləhətləşməlidir.
Bildiyimiz kimi, allergiya bu aylarda daha çox sürətlənir. Allergiyanın şiddətləndiyi mərhələdə peyvənd etmək məsləhət deyil. Onlar mövsümi allergiyalı aylardan 5-6 ay öncə və ya sonra peyvənd olunmalıdır.
Eyni zamanda, peyvəndin ilk dozasından sonra allergik reaksiya baş verərsə, bu halda ikinci doza vurulmamalıdır”.
Fidan İlqarqızı