Ermənistan Baş prokurorluğunun binası qarşısında polis əməkdaşları ilə Sünik sakinlərinə dəstək nümayişçiləri arasında toqquşmalar olub.
Modern.az "news.am"a istinadla xəbər verir ki, etirazçılar prokurorluğun həyətinə yumurta atıblar. Bundan sonra vəziyyət daha da pisləşib.
Məlumata görə, etirazçılar Sünik bölgəsindəki tutulan bir sıra icma liderlərinin sərbəst buraxılmasını tələb edirlər.
Qeyd edilib ki, bir gün əvvəl Sünik bölgəsi sakinləri Baş nazir Nikol Paşinyanı lənət və təhqirlə qarşılayıblar.
"Bundan qəzəblənən Paşinyan günahkarları ədalət mühakiməsinə cəlb etmək lazım olduğunu elan edib. Dünən gecədən bəri hüquq-mühafizə orqanlarının əməkdaşları Sünik sakinlərinə işgəncə verməyə başladılar. Daha sonra cinayət işi başladıldığı və Mehri icmasının başçısı da daxil olmaqla bir çox vətəndaşın tutulduğu məlum oldu. Ən son məlumatlara görə 16 nəfər gətirildi" - deyə xəbərdə bildirilir.
T.İSMAYIL