Modern.az

"Real Madrid" Çempionlar Liqasını buraxa bilər

Aktual

22 Aprel 2021, 22:44

"Real Madrid" futbol klubu Superliqa layihəsində iştirak etdiyi üçün Çempionlar Liqası mövsümündən kənarda qalmaq təhlükəsi ilə üzləşib.

 

Modern.az-ın məlumatına görə, bu barədə AS xəbər verib.

 

Məlumata əsasən, Superliqanın yaradılması layihəsinin uğursuz olmasına baxmayaraq, "Real Madrid" təşəbbüskar klubu roluna görə cəzalandırıla bilər.

 

Bildirilib ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) komandaya sanksiyaları tətbiq etməyi müzakirə edir. Klub cəza olaraq Çempionlar Liqası turnirini buraxa bilər. Sanksiya Turinin "Yuventus" klubuna da şamil oluna bilər.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi