Modern.az

Çexiyanın Baş nazirindən Slovakiyaya təşəkkür

Çexiyanın Baş nazirindən Slovakiyaya təşəkkür

Aktual

22 Aprel 2021, 22:58

“Slovakiyanın Baş naziri Eduard Heger mənə üç rus diplomatın respublikadan çıxarılacağı barədə məlumat verdi, bu dəstək jestinə görə rəsmi Bratislavaya təşəkkür edirik.”

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş özünün tvitter hesabında yazıb.

 

“Çox sağol! Slovakiyanın bu ağır jestini və mövqeyini çox qiymətləndiririk”, - deyə A.Babiş vurğulayıb.

 

Qeyd edək ki, Slovakiya hakimiyyəti bu gün üç Rusiya diplomatını “persona non-qrata” elan edib. Rus diplomatlara ölkəni tərk etmələri üçün 1 həftə vaxt verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi