Modern.az

Bakıda 5 meyvə ağacı kökündən çıxarılaraq məhv edilib

Bakıda 5 meyvə ağacı kökündən çıxarılaraq məhv edilib

Aktual

29 Aprel 2021, 13:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2 B ünvanında ağacların kəsilməsil ilə bağlı daxil olan məlumat şikayətçinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əraziyə keçirdiyi baxış zamanı 5 meyvə ağacının kökündən çıxarılaraq məhv edildiyi müəyyən olunub.

 

Faktla bağlı akt tərtib edilib. Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər Abşeron rayon Polis İdarəsinə göndərilib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi