Modern.az

Apellyasiya müraciətləri üçün qeydiyyat başa çatdı

Apellyasiya müraciətləri üçün qeydiyyat başa çatdı

Aktual

29 Aprel 2021, 15:44

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat yekunlaşıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, namizədlərin apellyasiya müraciətlərinə əsasən, təkrar onlayn müsahibələr keçiriləcək.

 

Müsahibələrin 7-8 may tarixlərində təşkili nəzərdə tutulub. Apellyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...