Arxeoloq-alim, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayev Rusiyada yaşayan qardaşı Məmmədəli Ağayevə Vladimir Putinin verdiyi dövlət mükafatından danışıb.
Modern.az xəbər verir ki, onun sözlərinə görə, özündən kiçik olan 68 yaşlı qardaşı Məmmədəli Ağayev uzun illərdir ki, Moskvada yaşayır. Moskva Akademik Satira Teatrının direktoru olan qardaşı Məmmədəli Ağayevin bir neçə il əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən Dostluq mükafatına layiq görüldüyünü xatırladan Qəhrəman Ağayev onu Azərbaycan-Rusiya dostluğunun canlı nümunəsi adlandirıb.
Onun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev də iki il əvvəl qardaşı Məmmədəli Ağayevi "Dostluq"ordeni ilə təltif edib.
Aytəkin Alxaslı